Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 13:52:00
Uşaqlara koronavirusu necə izah etməliyik? – Mütəxəssisdən vacib məsləhətlər

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin daha parlaq olması üçün bu gün balacalarımızın işığını söndürməyək. Uşaqların psixologiyasının sağlam olması onların sağlam və gümrah böyüməsində  mühüm rol oynayan vacib amillərdəndir.

 

Hazırda dünyanı bürüyən koronavirus pandemiyası yalnız böyüklərin deyil, uşaqların da psixologiyasına təsir göstərir. Uşaqlar koronavirus haqqında məlumatı ailəsindən, dostlarından və bir sıra xəbər qaynaqlarından eşitmiş ola bilərlər.

 

Bəs onlara koronavirus haqqında nəyi, nə necə danışmalıyıq?

 

AzEdu.az bu barədə mütəxəssislərin verdiyi tövsiyələri təqdim edir:

 

Uşağınızın bu mövzu haqqında nə bildiyini öyrənməyə çalışın

 

“Chicago Ann&Robert H. Lurie” uşaq xəstəxanasında işinin mütəxəssisi olan Dr. Nia Heard-Garris uşağınızın virus haqqında nələr eşitdiyini soruşaraq, söhbətə başlamağın lazım olduğunu bildirir. Əgər dünyanın dörd bir tərəfində insanların öldüyünü eşidiblərsə, fərqli, “qrip kimi bir şey” eşidiblərsə, tam fərqli söhbət aparmağın vacibliyini vurğulayıb.

 

Əgər uşağınız 6 yaşdan balacadırsa və virus haqqında hələ məlumatı yoxdursa, uşaqda panika və qorxu yaratmamaq üçün ona bu barədə danışmamaq məsləhət görülür.

 

Əvvəlcə öz qorxularınızı anlamağa çalışın

 

Uşaqlar yanınızda olanda mövzu haqqında həyəcanlı olmamağınızdan əmin olun. Buna görə uşaqlarınızla danışmadan əvvəl öz qorxularınızı anlamağa çalışın. Bunun üçün bir dostunuz, həyat yoldaşınız və psixoloqunuzla danışa bilərsiz. Uşaqlarımızın dünyanın qorxunc bir yer olduğu haqda düşünmələrini istəmirik.

 

Uşaqlarınızın qorxularını yox saymayın

 

Əgər övladınızın bir dostu ona öləcəyini deyibsə və buna görə qorxursa, bu, həqiqi qorxudur. Onları dinləyin və dediklərinə qayğı ilə yanaşın. Həmçinin, öz uşaqlığınızdan qorxduğunuz bir əşya və ya hadisəni lətifə kimi danışa bilərsiniz.

 

Yaşına uyğun şəkildə danışın

 

Əgər uşaqlarınıza koronavirusdan bəhs edirsinizsə, belə deyə bilərsiniz: Bir çox virus növü var. Koronavirus da onlardan biridir.

 

Uşağınızın yaşından və nə qədər bilikli olmasından asılı olaraq, bu cür də deyə bilərsiniz: Bu virus adi xəstəliklərdən fərqlidir. Amma insanlar yayılmasının qarşısını almaq üçün dezinfeksiyaedici, profilaktik tədbirlər görürlər.

 

Gigiyenanı vurğulayın

 

Uşaqlarınızın yeməkdən əvvəl və sonra, ayaqyoluna getdikdən sonra əllərini 20 saniyə müddətində yuduğuna əmin olun.

 

Bəzi mütəxəssis həkimlər əl yumağı uşaqlar üçün bir oyuna çevirməyi məsləhət görürlər.

 

Məcburi uzadılmış məktəb tətilini pozitiv bir nüans olaraq göstərin

 

Əvvəlcə məktəblərdə təhsilin müəyyən müddətlik dayandırılmasının qorxulacaq bir hal olaraq deyil, pozitiv bir hal kimi göstərin.

 

Valideynlərin “Evdə əylənmək üçün çox vaxtınız var” yanaşması uşaqları qorxularından uzaqlaşdıracaq. Bu müddətdə uşağınızın maraq dairəsinə görə yeni kitablar alın. Yeni oyunlar təşkil edin.

 

Dr. Nia Heard-Garrisin bu tövsiyələri uşaqların koronovirusla psixoloji mübarizə aparmalarında böyük rol oynayır.

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları