Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 10:27:00
"Onlayn dərs keçirilən proqramlardan biri ödənişsiz olmalıdır"- Müəllimdən ÇAĞIRIŞ

Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə müəllimlər könüllü olaraq onlayn dərslər keçirlər. Lakin onlar internet paketlərinin baha olmasını, şagirdlərin onlayn dərslərə qoşulmadığını bildirərək mobil operatorlara güzəşt edilməsi ilə bağlı müraciət ediblər.

 

Elə bu məqsədlə “Azərcell” mobil operatoru “Virtual məktəb” layihəsinə qoşulan müəllimlərə  iki ay müddətində 5GB internet paketi göndərib.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Lənkaran rayon Türkləncil kənd orta məktəbinin coğrafiya müəllimi Faiq Şıxalızadə isə güzəştin çatışmayan cəhətlərini diqqətə çatdırıb.

 

“ Azərcell mobil operatoru  internet paketini bir neçə şərtlə verir.  Birinci şərt odur ki,  aktiv internet paketi olmamalıdır və 2 ay ərzində götürməməliyik . İkinci şərt isə bu paketi ləğv etməməliyik. 5 GB internet isə  onlayn dərslərin cəmi 2-sinə kifayət edə bilər. Lap olsun 1 həftə dərsləri idarə edər. Bəs qalan 3 həftə üçün biz necə edək ? İnternet paketi götürəcəyik və gələn ayda gəlməli olan 5 GB ləğv olunacaq”.

O həmçinin şagirdlərə də güzəşt edilməsinin vacibliyini vurğulayıb.

 

“Əlbəttə ki şagird olmadan müəllim dərs prosesində iştirak edə bilməz. Onsuz da  hər sinifdən 30-60 faiz şagird qeydiyyatdan keçib onlayn dərsdə iştirak edir. Onların da bir hissəsi isə internet probleminə görə dərslərdən  istifadə edə bilmir . Anlayıram ki,  bu qədər şəxsi internet paketi ilə təmin etmək mobil operatorlar üçün  baha başa gələ bilər.  Ona görə də bu prosesin təmin olunması üçün xərcləri öz aralarında bölüşdürə bilərlər.

 Bu proseslə bağlı şagirdləri müvəqqəti istifadəçi kimi qeyd edə bilərik.

 

Şagirdlər virtual dərslərə görə internetdən istifadə edəcəklər. Əgər şərait belə olmasa idi ( pandemiya- karantin) onsuzda onlar internet istifadəçiləri deyildi və mobil operatorlar əvvəlki istifadəçilərinə bunların mənfi təsiri (qazancın itirilməsi ) olmayacaq . Məsələn, tələbələr mobil internetdən istifadə edən kütlədir və onlar interneti pulsuz tələb etsə, mobil operatorlar əvvəl müştərisi olan şəxslərə indi pulsuz internet verməli olar və qazancını itirər. Planda olan müştərilərinə pulsuz internet verməklə plandakı qazancı azaldırlar . Ancaq şagirdlər operatorların planında olmayan müştərilərdir . Onlar müvəqqəti müştərilər sayılır. Mobil operatorlar şagirdlərə (valideynlərin telefonuna) müəyyən qədər internet verməklə əvvəlki və ya planlaşdırılmış qazancı azaltmış olmurlar”.

 

“Düşünürəm ki,   onlayn dərs keçilən proqramların istifadəsi ödənişsiz olsaydı, daha faydalı olardı. Məncə, bu mümkündür. Çünki limitsiz  “İnstagram” , “Youtube” və s  deyilən internet paketləri onsuz da var. Deməli, pulsuz “Zoom” və “Microsoft  Teams”  paketləri də hazırlayıb təklif edə bilərlər”- deyə müəllim F.Şıxalızadə sözlərinə əlavə edib.