Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 09:00:00
İntahanlar bu formada keçirilsin-Ekspertdən təklif

“2019-2020 tədris ili başa çatana qədər təhsil müəssisələrində dərslərin bərpası mümkün deyil”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

O,imtahanların hansı formada keçiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

 


“İstər ali, istər orta ixtisas, istərsə də orta ümumtəhsil təhsil müəssisələrində dərslər yalnız distant formada, uzqdan idarəetmə əsasında həyata keçirilir. Tələbələrin semestr imtahanları güzəştli şərtlər əsasında baş tutacaq. Bununla bağlı Təhsil Naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərindən təkliflər hazırlanması üçün göstəriş verib və artıq təkliflər üzrə nəticələr demək olar ki, hazırlanıb”.

 

Elçin Əfəndi qəbul və buraxılış imtahanlarından söz açıb.

 

“9 və 11-ci siniflərin buraxılış, eləcə də onların ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları bu il baş tutacaq. İmtahanların həyata keçirilməsi üçün həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin işçi qrupu tərəfindən planlar tərtib olunaraq hazırlanıb. İmtahanlarda formativ dəyişikliklər var. Bu barədə növbəti həftə ərzində ictimaiyyətə açıqlama veriləcək.

 

Yaxın vaxtlarda ərizə qəbulunun başlanması nəzərdə tutulur. İmtahanlarda dəyişikliklər mövcud vəziyyət nəzərə alınaraq həyata keçiriləcək. Bu zaman izolyasiya tədbirlərinə riayət edilməsi də diqqətdədir. Bundan əlavə tədris olunmayan mövzulardan imtahanda sual tapşırıqları hazırlanmayacaq.

 

İmtahanların daha səmərəli və nəticələrin vaxtında elan oluması nəzərdə tutulan əsas məsələlərdəndir. Məqsəd vaxt qazanmaq baxımından irəli gəlir. Fikrimcə, blok imtahanları bir dəfə həyata keçirilə bilər. Digər alınmış qərarlar var ki, bu barədə məsul qurumların açıqlamalarını gözləmək məqsədəuyğundur”.

 

Qeyd edək ki, ölkədə tədris və buna bağlı bütün məsələlər mayın 31-nə kimi dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları