Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 17:27:00
“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinə yekun vurulub.

 

 AzEdu.az  xəbər verir ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin, o cümlədən nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

 

30 aprel-3 may tarixlərində onlayn platformada “Evdə qal, ritmdən qalma” sloqanı ilə keçirilən müsabiqənin final mərhələsində respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı Türkiyə, Malayziya, Rusiya, Belarusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri  ifaçıları çıxış ediblər. Üç yaş qrupu və iki nominasiya üzrə təşkil olunan festival-müsabiqədə 150-dək uşaq və gənc solo ifaları ilə milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər. Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu qeyd ediblər.

 

Müsabiqənin münsiflər heyətində tanınmış zərb çalğı alətlərinin ifaçıları və nağara müəllimləri - Xayrullo Dadoboyev (Tacikistan), Efraim Zaltsman (İsveçrə), Denıs Vasılyev (Ukrayna), Vohobjon Tursunov (Özbəkistan), əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, əməkdar artist İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov təmsil olunub.

 

Layihənin müəllifi və müsabiqənin rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə münsiflər heyəti ilə birgə iştirakçılara  müsabiqənin gedişatı haqqında  geniş məlumat verib. Mayın 3-də müsabiqənin final mərhələsi 5 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar.

 

Beynəlxalq münsiflər heyəti tərəfindən qaliblərin müəyyən edildiyi müsabiqənin nəticələrinə əsasən, nağara nominasiyası üzrə  Sadiq Həvəskari (Azərbaycan), zərb çalğı alətləri nominasiyası üzrə isə Nurilloh Samuqjanov (Özbəkistan) “Qran-pri” mükafatına layiq görülüb.

 

7-11 yaş üzrə nağara nominasiyasında  Kənan Ağayev (Masallı, Azərbaycan) I yerə,  Vaqif Allahverdiyev (Bakı, Azərbaycan) II yerə,  Şükran Güləliyev (Ağdam, Azərbaycan),  Hüseyn Həbibzadə (Bakı, Azərbaycan),  Səyyad Bağırov (Masallı, Azərbaycan)  III yerə və  Qurban Məlikov (Salyan, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb.

 

12-16 yaş üzrə nağara nominasiyasında  Aydın Muradlı (Bakı, Azərbaycan) I yerə,   Rəşad Əlizadə (Bakı, Azərbaycan) II yerə, Emre İnanli və Kerem Saatçioğlu (İstanbul, Türkiyə),  Rüfət Baxşıyev (Bakı, Azərbaycan),  Yusif Rüstəmov (Bakı, Azərbaycan) III yerə və  Şəmsi Abdullayev (Ağdam, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb.

 

17-21 yaş üzrə nağara nominasiyasında Əliağa Cəfərzadə (Bakı, Azərbaycan) I yerə,  Şükran Mirsalahov (Bakı, Azərbaycan) II yerə,  Rəşad Sultanov (Bakı, Azərbaycan) və  Murad Nağızadə (Bakı, Azərbaycan) III yerə layiq görülüb.

 

7-11 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Parşik Oleksandr (Lvov, Ukrayna) I yerə, İvan Vetrov (Xarkov, Ukrayna) II yerə və Barilo İlya (Berezovka, Belarus) III yerə layiq görülüb.

 

12-16 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Aslanova Roksana (Daşkənd, Özbəkistan) I yerə, Hamza Taşaroğlu (İstanbul, Türkiyə) II yerə, Nasimcon Xoşimov (Xucand, Tacikistan) III yerə layiq görülüb.

 

17-21 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Hakimov Behzod və Hakimov Şohzod I yerə (Daşkənd, Özbəkistan), Dadoboyev Lutfullocon (Xucand,Tacikistan) II yerə, Kamil Hüseynzadə (Bakı, Azərbaycan) III yerə, Sonya Kuçerenko (Kiev, Ukrayna), Ömər Yiğit Kayacı (İstanbul, Türkiyə) həvəsləndirici yerə, Dilnaz Saqiyeva (Nursultan, Qazaxıstan) «Resm Jewelry» tərəfindən  xüsusi mükafata layiq görülüb.

 

Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.        

 

Qeyd edək ki, bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və I maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə hər Qran-pri üçün  1000 manat pul mükafatı və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer 100 manat mükafat verilib.