Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 12:10:00
“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

 

 

“Distant təhsilin olub-olmaması artıq müzakirə məsələsi deyil, o, artıq həyata hüquq qazanıb. Koronavirus pandemiyası dövründə distant təhsil bütün dünyada təhsil sistemini iflas olmaqdan xilas edən yeganə və alternativsiz təhsil forması kimi özünü təsdiqlədi. Bu gün müzakirə olunmalı məsələ distant təhsilin necə təşkil və tətbiq edilməsidir.

 

Distant təhsil yeni və daha keyfiyyətli ali təhsil mərhələsinin başlanğıcı ola bilər. Distant  təhsil   klassik   təhsillə   müqayisə   olunmamalıdır. O, tamamilə   fərqli   təhsildir. Burada tələbələrin qiymətləndirilməsi də tamamilə fərqli aparılmalıdır.

 

Distant  təhsilə  keçid   yalnız  universitetlər   arasında   deyil,  eləcə  də   universitetlərlə  ciddi texnoloji şirkətlərlə arasında rəqabəti gücləndirir. Bu şirkətlərlə universitetlərin sintezi əsasında   birgə   institutların yaradılması aktuallaşır.

 

Azərbaycan  təhsil  sisteminin  potensial gücü   onun   istifadə  etdiyi  real gücdən dəfələrlə çoxdur. Belə  ki, Azərbaycandan kənarda, Amerika, Avropa, Asiya, Kanada və s. digər xarici nüfuzlu universitetlərə çoxlu sayda tanınmış azərbaycanlılar fəaliyyət göstərir.   Həmin   azərbaycanlıları   yaşadıqları   ölkədən Azərbaycanda   distant ali təhsilə cəlb etməklə ölkəmizin təhsil sistemini daha da güclü etmək mümkündür. Bununla həm də dünya   təhsil sistemində   baş  verən  müsbət  dəyişikliklər ölkə  təhsil   sisteminə   asanlıqla inteqrasiya oluna bilər.

 

Azərbaycan distant təhsil ixrac edən mərkəzə çevrilə bilər.

 

Azərbaycanda Distant Universitet yaradıla bilər.

 

Distant ali təhsilin daha bir üstünlüyü isə tələbələrin universitet və müəllim seçimi imkanlarını genişləndirməsidir. Bu həm də universitetlər və müəllimlər arasında rəqabəti gücləndirən təhsil formasıdır.

 

Distant təhsil ilk tətbiq edən univertitetləri səhvlər, yanlış addımlar gözləyir. Amma o addımı ilk atanlar həm də səhv etmək hüququnu qazanmış olacaqlar. Həmin səhvləri görərək və aradan qaldıraraq, daha keyfiyyətli təhsil imkanı əldə edəcəklər.

 

Almaniyada, Türkiyədə, Kanadada, İngiltərədə, Amerikada   yaşayan   dəyərli   ziyalılarımızın bu gün bu Forumda fəal iştirakı bir daha onların hər zaman Azərbaycanla   birlikdə   olduqlarını nümayiş etdirdi. Azərbaycanlı ziyalılarımız bir daha sübut etdilər ki, biz güclüyük, çünki biz birlikdəyik.”

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun UNEC Distant Ali Təhsil Beynəlxalq Forumundakı çıxışından.