Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 09:36:00
Təhsil Nazirliyi bu işə 9 milyon manat  xərcləyəcək

Azərbaycan Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin istehsalı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.

AzEdu.az-ın "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri "Təhsil" Nəşriyyat Poliqrafiya MMC, "Çaşıoğlu Elm-İstehsalat" MMC və "Aspoliqraf LTD" seçiliblər. Şirkətlərlə ümumi dəyəri 9 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə "Təhsil" Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, "Çaşıoğlu Elm-İstehsalat" tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, "Aspoliqraf LTD" tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.