Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 09:48:00
Bakı Ali Neft Məktəbinin 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) 2 komandası “CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.

 

BANM-dan AzEdu.az-a verilən məlumata görə, əsas mərhələyə vəsiqə qazanan 6 təhsil müəssisəsini təmsil edən 10 komandadan məhz ikisi Bakı Ali Neft Məktəbinin komandası olub.

 

Bunlar Ali Məktəbin tələbələrindən ibarət “Undefined Five Objects” və “Canis Majoris” komandalarıdır.

 

"Azərkosmos" və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsində ümumilikdə 9 təhsil müəssisəsindən 15 komanda iştirak edib.

 

Komandalar tərəfindən təqdimatlar “Zoom” onlayn platforması üzərindən nümayiş olunub.
Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin "Qiymətləndirmə meyarları" əsasında “CanSat Azərbaycan” layihəsinin ekspertləri tərəfindən aparılıb.