Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 15:39:00
İmtahanların yeni qrafiki yalnız bu vaxt elan olunacaq-DİM

“Mayın 11-I I və IV qruplar , mayın 17-si isə II və III qruplar üçün nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul üzrə blok imtahanları təxirə salınacaq”

 

AzEdu.az xəbər verir ki, bunu ötən günlər təhsil eksperti Elçin Əfəndi qeyd edib. O, DİM-in məlumatını da diqqətə çatdırıb.

 

“Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir:
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Baş Nazirinin müvafiq Sərəncamı ilə mart ayının 2-dək ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Qeyd olunan qərarlara uyğun olaraq, həmçinin mart və aprel ayında keçirilməli olan imtahanların təxirə salınması nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci il yanvar ayında elan olunan və il ərzində həyata keçirilməsi nəzərdə tutulan imtahan və tədbirlərin QRAFİKİ* ləğv edilib. İmtahan və tədbirlərin YENİ QRAFİKİ xüsusi karantin rejimi başa çatdıqdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

 

 *QEYD: Burada söhbət imtahan və tədbirlərin keçirilmə qrafikindən gedir. Yəni imtahanlar ləğv edilmir, sadəcə bütün tədbirlər yeni müəyyən ediləcək qrafikə uyğun keçiriləcək”.

 

Məlumat üçün bildirək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə yaxın günlərdə imtahanların yeni qrafiki ictimaiyyətə elan olunacaq.