Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 16:38:00
Məktəblilər üçün beş ən yaxşı smartfon hansıdır?

Valideynlər uşaqları üçün necə smartfon istəyirlər?

 

Valideynlər üçün smartfon seçimində iki əsas məqam vacibdir. Övladına nəzarət edə bilmə və etibarlılıq. Bununla da onlar uşaqlarının bəzi internet resurslarına girişinə məhdudiyyət qoya bilərlər. Bundan başqa, smartfon uzun müddət enerji saxlamalı və stabil işləməlidir. 

 

İdeal cihaz tapmasaq da, valideynlərin əsas istəklərini özündə əks etdirən smartfonu tapdıq. 

 

iPHONE — Uşağın aktivliyinə tam nəzarət etmək üçün 

 

Əgər sizdə iPhone varsa, bu sizin istəklərinizi doğrulda bilər. Apple ekosistemində ən yaxşı valideyn nəzarəti hazırlanıb. Bu sistem vasitəsilə siz telefon üzərində övladınızın aktivliyini izləyə bilərsiniz. İTunes-da satınalmalar, tətbiq məhdudiyyəti, axtarış məhdudiyyəti, cihaz parametrlərində dəyişiklik etmək icazəsi - bütün bunlar "Məzmun və Məxfilik" və "Ekran Saatı" iki hissəsindən istifadə etməklə aparılır.

 

Praktikada bu sistem necə işləyir? 

 

PUBG Mobile şərtlərinə əsasən, uşaq bir saat oyun oynaya bilər;

 

Azyaşlı 8:30-dan 14:10-a kimi, yəni məktəbdə olduğu aralıqda brauzerə giriş edə bilmir; Uşaq sərbəst olaraq, qurğuda şifrəni və ya pin kodu dəyişə bilməz.

 

Qısa şəkildə desək, bu sistem valideyn iPhone-nun uşaq iPhone üzərində total nəzarətidir. Apple modelləri arasında ən optimal seçim — iPhone 8-dir. 

 

OPPO A5 (2020) — Cihaz uzun müddət enerji saxlasın. 

 

Valideyn üçün övladının telefonunun uzun müddət enerji saxlaması, onunla hər an əlaqə yaratması olduqca vacibdir. Bu zaman sizin seçiminiz OPPO A5 (2020) ola bilər. 

 

Smartfon batareyasının gücü 5000 mAh-dır. Rəqiblərində isə 4000 mAh-dır. Həmçinin ekran parlaqlığı və burada ekranın yayımı daha aşağı - HD+ deyil, Full HD+. Daha az nöqtə ilə ekran daha az güc sərf edir. Buna görə də enerji tutumu iki gün davam edir. 

 

Məktəblilər necə smartfon istəyirlər? 

 

REALME 5 PRO — Yeni OYUNLAR ÜÇÜN 

 

Hər bir uşağın arzusu smartfonda yüksək qrafik parametrlərində oyunlar oynamaqdır. Belə qurğu axtaran uşaqların əksəriyyəti Realme 5 Pronu seçir. Büdcə telefonu adlandırılan cihaz Snapdragon 712 prosessorunda işləyir. Cihaz PUBG Mobile'ı maksimum parametrlərdə, Fortnite'yi orta səviyyədə dəstəkləyir. (digər əksər büdcələrdə bu heç dəstəklənmir). Sözügedən smartfon Nintendo Switch-i əvəz edərək, layiqli oyun platformasına çevrilə bilər.

 

SAMSUNG GALAXY A40 — Rahatlığına görə əksər azyaşlının seçimi 

 

Kompakt smartfon tapmaq hər il daha da çətinləşir. Çünki hər yeni ildə cihazların əhəmiyyəti, məzmun istehlakı və ekran diaqonalı artır. Bu gün kompakt smartfon dedikdə, Samsung Galaxy A40 seçim üçün ideal cihazdır. Ekran ölçüsü cəmi 5.9 düymdür. Bazarda 6 düymdən az ekrana sahib model tapmaq olduqca çətindir. Cihaz tam HD+ AMOLED ekrana sahibdir. 

 

HONOR 20 LITE — Ən xoş görünüşlü smartfon 

 

Dizayn da smartfon seçimində rol oynayan vacib məqamdır. Ümumiyyətlə, smartfonlar artıq yalnız ünsiyyət qurğusu deyil, həm də aksesuardır. Bu kriteriyalara cavab verən smartfon isə Honor 20 Lite-dir. Çəkisi 159 qram, forması da yığcamdır. Ekran 6,21 düymdür. Bəli, bu cihaz bu ilin ən kompakt smartfonudur. (ted.az )