Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 15:59:00
Türkiyədə məktəblər bu tarixdə açılacaq

Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

 

 AzEdu.az  xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq "CNN Türk"ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək. Həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

 

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.