Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 13:15:00
Şəhər daxilində bir ümumtəhsil məktəbində işləyən müəllimin digər məktəbə yerdəyişməsi necə həyata keçirilir?-SƏNƏD

Bu proses “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI” na əsasən tənzimlənir. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.

 

Bəs şəhər(rayon) daxilində müəllimin bir məktəbdən digərinə yerdəyişməsi necə həyata keçirilir?

 

AzEdu.az rəsmi sənədə əsasən xəbər verir ki, müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.

 

Tabelik üzrə təhsili idarəetmə orqanları və Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələri il ərzində işə qəbul və işdən azad olunan, iş yerini dəyişən müəllimlər və digər işçilər, həmçinin yaranan vakant yerlər haqqında məlumatları ən geci 5 gün müddətinə Nazirliyin proqram təminatına daxil edir. Məlumatların düzgünlüyünə görə tabelik üzrə təhsili idarəetmə orqanlarının və Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları