Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 13:35:00
Həkim-psixoloqun tələbələr üçün onlayn təlimi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında növbəti onlayn təlim keçirilib.

 

 AzEdu.az  xəbər verir ki, filialın direktoru,  dosent Yusif Alıyevin təşəbbüsü ilə Zoom" platforması üzərindən keçirilən təlimdə həkim-psixoloq,  "KarnegiKlub"un rəhbəri, aparıcı təlimçi  Nəcəf Allahverdiyev iştirak edib.

 

Qeyd edək ki, o, həm də  Beynəlxalq Trenerlər Assosasiyasının üzvü, 2012-ci ildə Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın mükafatçısıdır.

 

Azərbaycanlı təlimçi  "Karantin dövründə yaranan psixoloji çətinliklərlə, streslə  mübarizə " mövzusunda filialın əməkdaşları və tələbələr üçün bir saatlıq təlim keçib. Həkim-psixoloq mövcud pandemiya şəraitində tələbələri pozitiv əhval-ruhiyyəyə kökləyib, onlara faydalı məsləhətlər verib.   

 

Sonda N.Allahverdiyev ona ünvanlanan çoxsaylı sualları da cavablandırıb.