Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 12:25:00
Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

“Nazirlər Kabinetinin təhsil müəssisələri ilə bağlı qərarı heç bir halda müzakirə və mübahisə predmeti ola bilməz.”

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini və təhsil eksperti Nadir İsrafilov deyib.

 

 

O, tədris prosesinin mayın 31-dək uzadılmasını məqbul hesab edir.

 

 

 

“Hesab edirəm ki, bu qərarda nisbətən sabitləşmə dinamikası nəzərə alınaraq, tətbiq edilən müəyyən məhdudiyyətlərin yumşaldılmasına, xüsusi karantin rejimi dövründə müəyyən qrup işçilərin fəaliyyətinin bərpa edilməsinə baxmayaraq, təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılmasının mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş  qərardır.

 

 

 

Nəzərə alsaq ki, hazırda  ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın magistr var, bu da təxminən 2 milyona yaxın təhsil iştirakçısı deməkdir və yumşaltma qərarlarında fəaliyyətinə icazə verilən qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxsin iştirakı yolverilməzdir, deməli bütün mövcud vəziyyət, uşaqların təhlükəsizliyi, valideynlərin marağı zəruri şərtlər nəzərə alınaraq, dərslərin başlanmasının daha bir müddətə təxirə salınmasını zəruri edir”.

 

 

Təhsil eksperti vurğulayır ki, postpandemiya dövründə təhsilin necə tənzimlənəcəyi istiqamətində tədbirlər görülür.

 

 

 

“Onu da xatırlatmaq yerinə düşər ki, koronavirus pandemiyası nəticəsində bağlanan məktəblərin   təhlükəsiz şəkildə yenidən açılması üçün hazırlanmış "Yol xəritəsi" sənədində də milli və yerli hakimiyyət orqanlarına praktik məsləhətlər verilib,  məktəblərin nə vaxt və necə açılacağı barədə  qərar bütün ölkələr üçün prioritet məsələ olması bildirilib, səhiyyə sahəsində yaşıl işıq yandıqdan sonra hər  bir şagirdin məktəbdən kənarda qalmamasını təmin etmək üçün bir sıra tədbirlər görülməli olduğu qeyd olunub, hər şagird üçün təhsil hüququnun qorunması və həyata keçirilməsini təmin etmək ümumi məqsəd hesab edilib.

 

 

 

Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və YUNİSEF-in  tövsiyyələrinə tam uyğundur və  şagirdlərin sağlamlığının qorunması, rifahına diqqətin artırılması və onların müdafiəsinin gücləndirilməsi məqsədlərinə xidmət edir, valideynlərim maraqları ilə də səsləşir”.

 

 

 

Nadir İsrafilov DİM və TN-nin birgə fəaliyyətindən söz açıb.

 

 

 

“Sanitar-epidemioloji vəziyyətlə bağlı qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair həftə ərzində ictimaiyyətə təqdim edəcəkləri tövsiyələr isə hesab edirəm ki, təhsilin fasiləsizliyinin təmin edilməsində təhsilalanlara və təhsilverənlərə növbəti dəstək olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları