Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 10:00:00
Mingəçevir Dövlət Universitetində məsafədən tədris davam edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün professor-müəllim heyəti tərəfindən “videodərs”lərin hazırlanması davam edir.

 

AzEdu.az xəbər verir ki, cari ilin 17 mart - 30 aprel tarixləri ərzində müəllimlərin hazırladıqları 469 “videodərs” MDU-nun Youtube kanalında yerləşdirilib. Offline formatda təqdim olunan həmin “videodərs”lər aprelin 30-na 58000 dəfədən çox izlənmə sayına malikdir.

 

Müəllimlər paralel olaraq “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən online formatda təqdim olunan dərslərdə də fəal iştirak edirlər.