Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 17:35:00
Ədalət Muradov: Distant təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdi

 

Koronavirus pandemiyası dövründə distant təhsil təkcə Azərbaycanda deyyl, bütün dünyada təhsil sistemini iflasdan xilas etdi.

 

Distant ali təhsilin necə olması haqqında müzakirələr aparılmalı və vahid yanaşma formalaşmalıdır.

 

AzEdu.az xəbər verir ki, bu fikri UNEC-in rektoru, professor Ədalət Muradov “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda onlayn forumda səsləndirib.

 

O diqqətə çatdırıb ki, son dövrlər dünyada baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi.

 

“Distant təhsilin olub-olmaması artıq müzakirə məsələsi deyil, distant təhsil artıq həyata vəsiqə qazanıb. Bu gün müzakirə olunmalı məsələ distant təhsilin necə tətbiq olunmasıdır. Distant təhsil elə təşkil edilməlidir ki, bu, təhsil sistemində yeni bir mərhələnin uğurlu başlanğıcı olsun”, – deyə professor Ədalət Muradov qeyd edib.

 

Xatırladaq ki, UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar”ın məqsədi distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr verməkdir. Forumun hər il keçirilməsi nəzərdə tutulur.