Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 14:00:00
“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər”

Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin təşkilatçılığı ilə 5-6 may 2020-ci il tarixlərində “Koronavirus pandemiya və  epidemiyaları: Bioloji və  sosial-psixoloji aspektlər” mövzusunda konfrans keçiriləcək.

 

 AzEdu.az  xəbər verir ki,  konfransda dünyanı bürüyən COVİD-19 epidemiyası ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.      

 

BDU-dan bildirilib ki, konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla  saat 14:00-da başlayacaq. Virtual konfransda iştirak etmək istəyən şəxslərdən 4 may 2020-ci il saat 17:00-dək  [email protected] ünvanına müraciət etmək xahiş olunub.