Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 11:22:00
MİQ-in  ləğvi və ya təxirə salınması ilə bağlı qərar qəbul edilməyib-RƏSMİ

Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu müsabiqəsinin keçirilməsinin ləğv edilməsi və ya təxirə salınması ilə bağlı qərar qəbul edilməyib.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, çox kütləvi bir proses olan müəllimlərin işə qəbulu müsabiqəsi hər il iyul-avqust aylarında keçirilir. Bu müsabiqənin keçirilməsi üçün hazırlıq işlərinə yanvar ayından başlanılıb.

 

E.Bağırov əlavə edib ki, test və müsahibə mərhələsindən ibarət olan müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər yeni tədris ilindən - sentyabr ayından daimi əsaslarla işə qəbul edilirlər və onlarla müddətsiz əmək müqavilələri bağlanılır:

 

“Lakin tədris ili başlayandan sonra məktəblərdə yeni vakant müəllim yerləri yaranır, bəzi vakant yerlər isə əsas yerləşdirmə mərhələsi zamanı tutulmur. Namizədlər həmin yerlərdə müddətli əsaslarla olan müqavilələr əsasında çalışmağa başlayırlar”.