Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 15:48:00
Mingəçevir Dövlət Universitetində virtual elmi konfrans keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, “Elm Günü”nə həsr olunmuş konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.

Konfransa böyük maraq olduğunu diqqətə çatdıran Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva proqram və dinləniləcək məruzələr haqqında məlumat verib.

Sonra konfransda məruzələr dinlənilib. Fakültənin tələbələrindən Gülnarə Əliyeva “İnsanın özünün yaratdığı Aral ekoloji fəlakəti”, Şamxal Hüseynov “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili sistemləri”, Günay Nəsibova “Ovçuluğun nizamlanmasının Azərbaycan biomüxtəlifliyində rolu”, Aysu Abbaszadə “Blokçeyn texnologiyalarının istiqamətləri və tətbiq xüsusiyyətləri”, Elsevər Cəfərov “Kabelsiz enerji transmissiyası” və Xoşqədəm Məmmədli “Onlayn tədrisdə bulud xidmətlərindən istifadə” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.