Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 16:00:00
MDU-nun əməkdaşlarından Azərbaycan Respublikasının Prezdentinə məktub

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Üzeyir və Aynurə Zeynalovlar Azərbaycan Respublikasının Prezidentinə məktub yazıblar.

 

AzEdu.az  xəbər verir ki, Prezident cənab İlham Əliyevə yazılan məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib.

 

28 aprel 2020, 15:05

 

Üzeyir və Aynurə Zeynalovlardan, Mingəçevir, Azərbaycan

Cənab Prezident.

 

Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəliyin qurbanı olduğu bir dövrdə Sizin Azərbaycan xalqının genefondunu qorumaq istiqamətində atdığınız addımlar ziyalılar tərəfindən rəğbətlə qarşılanır.

 

Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün üçün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

 

Hörmətlə,

Zeynalov Üzeyir

Zeynalova Aynurə, Mingəçevir Dövlət Universitetinin əməkdaşları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri. 

https://president.az/articles/37297