Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-28 10:23:55
Azərbaycanın möhtəşəm 100 ili... - Video

Bu gün Cənubi Qafqaz və müsəlman dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Düz bir əsr bundan əvvəl Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib. Gələcək Azərbaycan üçün bu dövrdə görülən böyük işlər cəmi 23 aya sığışdırıləb. Odur ki, 28 May Azərbaycan tarixinin ən önəmli günü kimi yaddaşlara həkk olunub.

Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb.

“Qafqazinfo” Cümhuriyyət araşdırmaçıları, tarixçilər Nəsiman Yaqublu, Əziz Boran, millət vəkili Musa Qasımlı, araşdırımaçı-jurnalist Dilqəm Əhməd, Əliağa Şıxlinski nəslinin davamçısı, “Əməkdar incənət xadimi” Ziya Şıxlinski ilə görüşüb, onların bu şərəfli tarix haqda düşüncələrini öyrənib:

Cümhuriyyətin 100 illiyi ilə bağlı videomaterialı təqdim edirik: