Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 14:00:00
Koronavirus təhsilin səviyyəsini daha da yüksəldəcək – Sabiq nazir  

 

“Onlayn tədrisə keçid İngiltərənin qlobal bazarlara açılmasına kömək edə bilər. Universitetlərimiz onlayn tədris təcrübəsinə əsaslanaraq yaranmış bu böhrandan faydalanmalıdır”.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Britaniyanın universitetlər, elm, tədqiqat və innovasiya üzrə sabiq naziri Co Conson söyləyib.

 

Co Consonun fikrincə, koronavirusa görə uzaqdan təhsilə keçid etməklə İngiltərə universitetləri tələbələrə daha çox onlayn kurs təklif edərək, uzun müddət iqtisadi cəhətdən bundan yararlana bilər.

 

Sabiq nazir qeyd edib ki, hazırkı durum Britaniya universitetlərini daha yaxşı səviyyəyə çatmasına şərait yaradacaq:

 

“Bu, ali təhsil müəssisələrinin rəqəmsal və onlayn olaraq materialları çatdırmaları mövzusunda daha sürətli hərəkət etmələri üçün zəruri proses oldu. Bu səbəbdən distant təhsilin necə verildiyini, bunun hansı şəkildə inkişaf etdiriləcəyini və genişləndirilməsini nəzərə alaraq bu böhrandan faydalanmaq lazımdır. Onlayn təhsil akademiklərimizi uzaq məsafədən kurslar təşkil etməyə məcbur edir. Biz son 10 ildə bu işi görməli idik , lakin indi həyata keçiririk, daha da inkişaf etdirəcəyik.

 

“Universitetlər beynəlxalq işə qəbul proseslərini qiymətləndirmək və tam rəqəmsal olmasını təmin etmək üçün koronavirus böhranından istifadə etməlidir. Ənənəvi ali təhsildə əldə etdiyimiz uğurlu nəticələrə onlayn təhsildə də nail olmalıyıq”, - deyə Co Conson sözlərinə əlavə edib.