Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 13:24:00
İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans

Azərbaycan Texniki Universiteti (AzTU) və Fransanın CNAM Universiteti arasında videokonfrans keçirilib.

 

AzTU-dan verilən məlumata görə, videokonfransda  universitet  rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanova, energetika, elektrotexnika və avtomatika fakültəsinin dekanı Lalə Əzizova,  “Erasmus+” LPEB layihəsinin icraçı direktoru Həsən Hüseynov, CNAM Universitetinin beynəlxalq layihələr üzrə koordinatoru Dijana Mirvic iştirak edib.

 

Videokonfransda AzTU və CNAM arasında “Erasmus+” LPEB layihəsi çərçivəsində imzalanmış ikili diplom müqaviləsinin tətbiqi ilə əlaqədar bir sıra məsələlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.