Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 21:00:00
Dezodorantlar ozon təbəqəsinə zərər verir

İnsanlar hər gün ozon təbəqəsinə müxtəlif zərərlər verir. Bu nöqtədə son zamanlarda artan xloroflorokarbonlar (CFC-lər) ozon təbəqəsini təhlükəyə salır. 

AzEdu.az xəbər verir ki,  gündəlik həyatımızın bir parçası olan ətir kimi kosmetik məhsullar təbiətin sonunu yaxınlaşdırır. Belə ki, son zamanlarda artan xloroflorokarbonların istehsalı əgər dayandırılmasa, ozon təbəqəsinin böyük təhlükəyə düşəcəyi və geri qazanamının mümkün olmayacağı ifadə edildi.

 Xloroflorokarbon qazı, atmosferə ətirlər və dezodorantlar sayəsində yayılır və ozon ilə reaksiyaya daxil olur. Ozon təbəqəsindəki ozon maddəsilə reaksiyaya daxil olan bu kimyəvi maddə, zamanla ozon təbəqəsinin aşınmasına səbəb olur.

 Alimlər bu kimyəvi maddənin xüsusilə Çin və Koreya yarımadasından yayıldığına inanırlar. Əslinə bu vəziyyətə nəzər salsaq, 1980-ci ildən bu yana önləyici tədbirlər görməyə cəhdlər edilir. Lakin bəzi firmalara görə, kimyəvi maddə 2012-ci ildən bəri 25% nisbətində artdı.(milli.az)