Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 17:49:00
Repititorlarla bağlı xüsusi qaydalar hazırlanır - Nazir

“Bu həftədən etibarən fərdi tədris və repititorluqla məşğul olmağa icazə verilib. Bu məşğələlərin təşkili zamanı insanların sağlamlığını nəzərə almalıyıq”.

 

AzEdu.az xəbər verir ki, , bunu Nazirlər Kabienti yanında Operartiv Qərargahın mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

Nazir qeyd edib ki, fərdi məşğələ zamanı sosial məsafə, gigiyenik qaydalara riayət edilməlidir:

 

“Bununla bağlı xüsusi qaydalar hazırlanır. Yəqin ki, bu gün-sabah bu barədə ictimaiyyətə açıqlama veriləcək”.