Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 17:20:00
“Virtual məktəb”ə qoşulan müəllimlərə şad xəbər- “Mobil operatorlar güzəşt edəcək”

 

“Bu gün təsdiq olunan razılaşmanı çatdırıram. Müəyyən dövr ərzində Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi ilə danışıb razılıq əldə etdik”.

 

 AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

Nazirin sözlərinə görə,  “Virtual məktəb” layihəsinə qoşulan müəllimlərin internet problemi həll olunacaq:

 

“Bu gün təsdiq olunan razılaşmanı çatdırıram. Müəyyən dövr ərzində Rabitə və Texnologiyalar Nazirliyi ilə danışıb razılıq əldə etdik. “Virtual məktəb” dən qeydiyyatdan keçən müəllimlərə Azercell güzəştli internet paketi təklif edəcək. Həmçinin digər mobil operatorlara da müraciət edilib”.

 

Onun sözlərinə görə, Rabitə və Yüksək Texnologiya Nazirliyi digər mobil operatorlara da müəyyən güzəştlər edilməsi ilə bağlı müraciət göndərib: 

 

“Hazırda həmin operatorlardan cavab gözlənilir. Ümid edirik ki, onlar da müəyyən güzəştlər edəcək"

 

Qeyd edək ki, martın 2-dən etibarən məktəblərdə təlim tədris prosesi dayandırılıb, alternativ olaraq könüllü prinsipi ilə onlayn dərslər keçirilir