Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 12:32:00
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilsin-Ekspertdən təklif

“Biz təhsil ekspertləri kimi uşaq baxçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq”

 

AzEdu.az xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

 

O, dünən Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüququları üzrə Müvəkkilinin (Ombudsamanın) 2019-cu il üzrə məruzəsini dinlədiyini söyləyib.

 

“Məruzənin məktəbəqədət təhsil müəssisələrinin (uşaq baxçalarının) fəaliyyətindəki qüsurlar da yer aldı. Əslində biz təhsil ekspertləri kimi uşaq baxçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Ombudsamanın hesabatında bu məsələnin yer alması probleminin tezliklə həll olunmasına ümidləri artırır. Həmin sənədin “Təhsil hüququ” bölməsindən: “Müvafiq sahədə mövcud olan problemlərin əks edilidiyi müraciətlər üzrə aparılan araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq baxçalarında mövcud yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilir”.

 

Etibar Əliyev qeyd edir ki, övladının aidiyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib.

 

“Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud baxçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur.”