Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 11:19:00
Rektor canlı yayımda  tələbələri narahat edən sualları cavablayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov canlı yayımda tələbələrin, müəllimlərin, həmçinin valideynlərin suallarını cavablayacaq.

 

AzEdu.az xəbər verir ki, rektor universitetin “Açıq qapı” ənənəsinə sadiq qalaraq hər kəsi canlı yayıma qoşulmağa dəvət edib:

 

 “Hörmətli UNEC ailəsinin hər bir üzvü - müəllimlər, əməkdaşlar və tələbələr,
UNEC tələbələrinin dəyərli valideynləri,

UNEC “Açıq qapı” ənənəsinə sadiq qalaraq koronavirus dövründə universitetimizlə bağlı sizin hər birinizi narahat edən sualları cavablandırmaq, təkliflərinizi dinləmək, universitetimizdə tətbiq edilən yeniliklər barədə məlumatlandırmaq üçün Facebook üzərindən canlı yayıma çıxacam.

 

Canlı yayım 25 aprel saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən aparılacaq. Müraciət etmək istəyənlər suallarını canlı yayım zamanı ünvanlaya bilərlər.

 

Hər birinizi dəvət edirəm”.