Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 18:02:58
“Müasir elmi problemlərin aktual həlli” müsabiqənin qalibləri mükafatlandırılıb  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda “Müasir elmi problemlərin aktual həlli” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqədə bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə institutun direktorunun elmi işlər üzrə müavini, professor Pənah Muradov qeyd edib ki, müsabiqə gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara cəlb etmək, onların fəaliyyətlərini stimullaşdırmaq məqsədilə keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, yüksək elmi nəticə göstərən gənc alimlərə diplom və pul mükafatları verilib.