Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 19:02:00
Məktəbli qızlarımızdan beynəlxalq olimpiadada möhtəşəm uğur-3 medal

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook hesabında günün ən yaxşı xəbəri başlığı ilə paylaşım edib. Burada qeyd olunur ki, Azərbaycan məktəbliləri olimpiadada medal qazanıblar. AzEdu.az paylaşımı təqdim edir:

 

“Günün ən yaxşı xəbəri:
Məktəblilərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 bürünc medal qazanıb.
15.04-21.04.2020-ci il tarixlərində Niderlandda keçirilməsi planlaşdırılan 9-cu Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Covid 19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunmuşdur.
Bu ilki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird öz bilik və bacarıqlarını sınayıb.
Komandamız ümumilikdə 48 bal toplayaraq Avropa Ölkələri üzrə 39 komanda arasında 22-ci, bütün iştirakçı ölkələr arasında 53 ölkədən 29-cu yerdə qərarlaşıb”.

 

Ümumi nəticələr ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz
https://www.egmo.org/registration/2020/person…

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları