Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 16:31:00
IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 layihə təqdim edilib. Onlardan 204-ü ümumi təhsil müəssisələri, 648-i isə fərdi kateqoriyalar üzrədir.

Layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması aşağıdakı cədvəldə göstərilib:

 

 

Qeyd edək ki, müsabiqənin elan edildiyi ilk gündən son tarixə kimi ümumilikdə 308 şəxsin (e-mail vasitəsilə 257 şəxs və sosial şəbəkə vasitəsilə 51 şəxs) müxtəlif xarakterli (layihənin tərtibi, texniki yardım və s.) müraciəti operativ cavablandırılıb. 

Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr elan ediləcək.