Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 15:47:00
Məleykə Abbaszadə: "Güzəşt sözü yoxdur, qaydalar hamı üçün eynidir"

“Hamı eyni şəraitdədir. Yalnız Azərbaycanın Dövlət İmtahan Mərkəzi deyil, dünyada kütləvi imtahan keçirən şirkətlər də problemlə üz-üzə qalıb. Hamı 3 strategiya üzrə işləyir: imtahanın vaxtını dəyişmək, müəyyən imtahanları onlayn şəkildə keçirmək və eyni zamanda onlayn imtahan keçirərkən ədalətlilik prinsipini üstün tutmaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

 

“Bu məsələlər ölkənin şəraitindən asılıdır, biz bu vəziyyəti bilirik və bunun üzərində işləyirik. “Güzəşt” sözü yoxdur, qaydalar hamı üçün eynidir. Qaydalara uyğun olaraq dəyişiklik baş verərsə, bu hamıya şamil ediləcək, heç bir ayrıseçkilik olmayacaq”, — deyə DİM sədri əlavə edib.