Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 13:30:00
Onlayn və offlayn imtahanlar belə keçiriləcək  -DİM rəsmisi açıqladı

“Həm onlayn, həm də offlayn imtahanlar keçirilə bilər”.

AzEdu.az xəbər verir ki,bu fikri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbazsadə onlayn mətbuat konfransında deyib.

O, onlayn və offlayn imtahan formasına aydınlıq gətirib.

“Onlayn o deməkdir ki, şagirdlər evdən qoşularaq imtahanda iştirak edə bilər. Lakin bu zaman onlayn imtahanların həyata keçirilməsi  üçün lazım olan  tələblər- qurğulara proqram yüklənilməsi, kəsilməz internet və s. onların öz  öhdəsinə düşür.

Offlayn imtahan  zamanı isə şagirdləri biz dəvət edib, kompüterləri, avadanlığı biz özümüz təmin edirik.

Lakin bu məsələlər  hələlik müzakirə olunur. Ölkədə olan imkanlar araşdırılır. Biz çalışacağıq nə dərəcədə mümkündürsə, həyata keçirək”.

Qeyd edək ki, imtahan qrafikləri yaxın 10 gün ərzində ictimaiyyətə elan olunacaq.