Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 12:42:00
Abituriyentlərə hərbi xidmətdən güzəşt nəzərdə tutulub?-RƏSMİ CAVAB

“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

 

O deyib ki, bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: "Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur".

 

M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını DİM müəyyənləşdirmir: "Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil".