Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-22 13:09:00
"Virtual məktəb" layihəsinə qatılan müəllimləri bu yenilik gözləyir-ÇOX VACİB

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verildi. Sistemdə ilk olaraq şagirdlər qeydiyyatdan keçdilər. Müəllimlərin qeydiyyatına isə yeni başlanılıb. Layihə ilə bağlı maraqlı detalları Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov  AzEdu.az-a açıqladı. Onun sözlərinə görə, layihə çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunacaq.

 

“Virtual məktəb” layihəsinə bir müddət əvvəl qapalı qeydiyyat sistemi əlavə olunmuşdu. Rayon təhsil şöbələri, şəhər təhsil idarələri və bir neçə müəllim bu prosesə cəlb olunmuşdu. 2000-ə yaxın təhsil işçisini qeydiyyatdan keçirtdik. 18 apreldən etibarən açıq qeydiyyat sistemi də işə düşdü. 15000 müəllim artıq sistemdə qeydiyyatdan keçib. Onlara istifadəçi adı və şifrələrini göndəririk. Yaxın günlərdə mərhələli şəkildə onlar üçün təlimlər təşkil olunacaq”.

 

Bəs kursda işləyən və ya pedaqoji diplomu olub ancaq işləməyən müəllimlər portalda qeydiyyatdan keçə bilərmi?

 

“Sistemə giriş zamanı bütün şəxslərin məktəbdə şagird və müəllim olması aydınlaşdırılır”

 

Vüsal Xanlarov qeyd edir ki, layihədə yalnız məktəbdə fəaliyyət göstərən müəllimlər iştirak edə bilər:

 

 “Virtual məktəb” layihəsinə yalnız ümümtəhsil müəssisələrində  işləyən müəllimlər qoşula bilər. Sistemə giriş zamanı bütün şəxslərin məktəbdə şagird və müəllim olması aydınlaşdırılır. Bundan sonra giriş üçün icazə verilir. Bu tədbir kənar şəxslərin(təhsildən uzaq) sistemə müdaxiləsinin qarşısını alır. Ənənəvi təhsildə olduğu kimi, online təhsildə də bu qaydaya əməl edilməlidir”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları