Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 10:00:00
"Karantin dövrü üçün ən faydalı dərs prosesi canlı dərsə daha yaxın hesab edilən distant təhsildir"-Şəmil Sadiq

Azərbaycanda karantinin müddəti daha iki həftə uzadıldı. Bununla da Azərbaycanda təhsil 2 aylıq  fasilə yaranmış olacaq. Məktəblər martın əvvəlindən bağlanıb. Bu isə öz növbəsində suallar yaradır.

 

İki aylıq boşluq necə doldurulacaq? Onlayn təhsil şagirdlərin təhsil tələbatını ödəycəkmi, yoxsa dərs müddəti uzadılacaq? Uzadılma olarsa, bu hansı müddətdə olacaq?

 

Azərbaycanda bütün təhsil sistemi məcburi olaraq distant təhsilə keçdi. Bu bir təcrübə ola bilərmi? Ümumiyyətlə, Azərbaycanda mövcud şərtlərin təsisi ilə təhsil qanunvericiliyi dəyişdirilə biıərmi? Təhsil qanununda hansı dəyişikliklər ola bilər? O cümlədən distant təhsil tanına bilərmi?

 

Azərbaycanda karantinin müddəti daha iki həftə uzadıldı. Bununla da Azərbaycanda təhsil 2 aylıq fasilə yaranmış olacaq. Məktəblər martın əvvəlindən bağlanıb. Bu isə öz növbəsində suallar yaradır.

 

Mövzu ilə bağlı Hədəf Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq AzEdu.az- a danışıb.

 

O, bildirib ki, dövlətin bu qərarı vaxtında verilmiş vacib qərar idi:

 

"Çünki sağlamlıq hər şeydən öncə gəlir. Bu iki ay müddətində istər dövlət məktəbləri, istərsə də özəl məktəblər kimin nəyə imkanı çatdı, onlayn olaraq dərs keçməyə çalışdı və müəyyən boşluğu doldurdu. Teledərslər və virtual məktəb layihəsi isə bütün ölkəyə ünvanlanan geniş bir prosesi başlatmış oldu. Görünən odur ki, bu zaman üçün ən faydalı dərs prosesi canlı dərsə daha yaxın hesab edilən distant təhsildir. Burada "Teams", "Zoom", "Ekurs.az" kimi proqramlarla keçirilən dərsləri nəzərdə tuturam. Çünki teledərs və ya "Youtube"dakı video dərslərdə canlılıq çox azdır və bir müddətdən sonra şagirdlər dərsdən yayınırlar. Nəzərə alsaq ki, şagirdlər uşaqdır və təkbaşına öyrənmə bacarığını tam mənimsəməyib, deməli, tələbkarlığa xüsusi ehtiyac var.

 

Sözssüz ki, qəfil yaxalandığımız bu proses heç bir halda əsrlərlə formalaşan təhsil formatını əvəz edə bilməz. Hazırda Təhsil Nazirliyi bu məsələlərlə bağlı konkret bir qərar verməyib. Mənim şəxsi fikrimə gəldikdə isə gedişat onu göstərir ki, mayın ortalarına yaxın məktəblər öz fəaliyyətini bərpa edəcək. Əgər belə olarsa, təklifim odur ki, dərslər 1 iyul və ya 15 iyul tarixinə qədər uzadılsın və bu müddətdə şənbə günləri də dərs günü hesab edilsin. Bu zaman biz itirilmiş dərs saatlarını bərpa edə bilərik. Şagirdlər də stersli və oturaq rejimli bir həyatdan günəş enerjisi ilə bol olan hərəkətli bir yay tətilini də edə bilərlər. Yuxarıda da dediyim kimi, iki-üç aylıq itirilimiş biliyi həmişə əldə etmək mümkündür, amma sağlamlıq daha vacibdir.

 

Azərbaycanda bütün təhsil sistemi məcburi olaraq distant təhsilə keçdi. Bu bir təcrübə ola bilərmi?

 

Ümumiyyətlə, Azərbaycanda mövcud şərtlərin təsisi ilə təhsil qanunvericiliyi dəyişdirilə bilərmi? Təhsil qanununda hansı dəyişikliklər ola bilər? O cümlədən distant təhsil tanına bilərmi?

 

Bəli, bütün insanlığın müəllimi fəlakətlər, yumşaq desək, problemlərdir. Normal həyat rejimində distant təhsilə bu cür adaptasiya illər çəkərdi və çəkirdi də. Amma bu proses göstərdi ki, bir-iki aya insan buna öyrənə bilir və faydalanır. Hazırda valideynlər arasında bir sorğu aparıram, hələ ki nəticlər tam hazır olmasa da deyə bilərəm ki, 50 faizdən çox valideyn distant təhsillə şagirdlərin mənimsəməsində bir problem olmadığını deyir. Nəzərə alsaq ki, distant təhsil xərcləri ən az 50% azaldır, deməli, insanlarımızın buna marağının artması labüddür.

 

Azərbaycan Respublikası Təhsil Qanunu Distan təhsilin diplomunu tanımır, bizim kimi ölkələrdə distant təhsilin az inkişaf etməsinin bir səbəbi də budur. Sözsüz ki, bu qəbul edilməyən qərarın çox haqlı tərəfləri var. Lakin zaman tələb edir ki, Təhsil qanununua yenidən baxılsın. Şəxsən mən distant təhsilin tanınmasının tərəfdarıyam. Bunu nəinki ali məktəblərə, hətta orta məktəbin 9-11-ci sinifləri üçün də etmək mümkündür və effektli olar. Çünki 9-11-ci sinif şagirdləri son üç ili ali məktəblərə hazırlaşaraq keçirir və bu kurs və ya repetitorlar vasitəsi ilə olur. Bu gün kursların onlayn sistemə keçidi asan və verimli olduğu daha çox nəzərə çarpır, bunun üçün də niyə valideyn kiçik bir məbləğ ödəməklə övladını müəyyən onlayn məktəbə qoymasın. Mən hazırda "onlayn məktəb" layihəsi üzərində də çalışıram, çünki bizim ekurs.az saytımız 5 ildir ki, var və müəyyən təcrübə keçmişik.

 

Ümid edirəm ki, yaşadığımız bu sıxıntılı günlər, aylar bizi yaxşıca düşünməyə və dövrün başlanğıcına hazırladı. Çünki bu mərhələ bizə tədrisin metodologiyasına, pedaqoqikasına, resurslarına yenidən baxmağa vadar etdi.

 

Tez bir zamanda məktəblərdə şagird və müəllimlərin qovuşacağı diləyi ilə…"