Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 17:34:00
İşıq və kölgə: Müəllim təkcə dərs deyən deyil, həm də dərs verəndir...

“Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib. 

 

 

 

O, müəllimlərlə bağlı fikirlərini bildirib.

 

 

 

 

“Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib,  lakin hər birindən lazimi dərsi ala bilməmişik, sadəcə onun tədis etdiyi fənni üzrə proqram materialını az-çox mənimsəməyə çalışmışıq. 

 

 

 

 

Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. Uzun illər keçməsinə baxmayaraq, bu gün də onların bir qismi xatirəmizdə işıq kimi, digər müəyyən qismi kölgə kimi əks olunur”.

 

 

 

 

Nadir İsrafilov uşaqlıq xatirələrinə dalaraq, həmin illəri xatırlayır.

 

 

 

 

“İbtidai təhsil pilləsini başa vurub, o vaxtlar əsas təhsil adlandırlan təhsilin ikinci pilləsinə - V sinfə qədəm qoymuşduq. Artıq, əvvəlki kimi, 4 il üz-gözümüz öyrəşdiyimiz, əlimizdən tutub bizə yazmaq-pozmaq öyrədən bir müəllimdən deyil, müxtəlif fənləri tədris edən müxtəlix ixtisaslı, fərqli xarakterli, hətta bir an belə əli cibindən çıxmayan müəllimlərdən dərs alırdıq. Nöbəti gərsdə hansı müəllimin sinfə daxil olacağını səbirsizliklə gözləyirdik.

 

 

 

 

Bir özündən razı kimya-biologiya müəllimimiz vardı. İşi-gücü uşaqları ələ salmaqdan, onları bacardığı qədər alçaltmaqdan ibarət idi. Bəşirov soyadlı qaraqabaq bir uşağa “mürdəşirov”, nisbətət iri gözlü Teymur adlı birinə “lemur”,  Bağır adlı digər birisinə  “sağır” deyə lağ edərdi. Bir gün sinfimizə hansısa ucqar bir kənddən Dovutov soyadlı  bir uşaq gətirilmişdi. Növbəti gün həmin müəllim sinif jurnalını açar- açmaz,  gəlib dərsimizi danışsın Nöyütov deyərək qımışanda, Dovutov nöyüt yox, benzin, solyarka cavabı ilə onun üzünə qabardı. O gündən həmin müəllim istehzalı əməllərindən əl çəkdi, şagirdlərin dilində isə “mürdəşir müəllim” ləqəbi ilə gülüş obyektinə çevrildi”.

 

 

 

 

Təhsil eksperti digər bir xatirəsini də bölüşür:

 

 

 

 

“Bu isə heç vaxt yadımdan çıxmayan başa bir müəllimimizlə olan digər bir xatirəm: Bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən orta yaşlı qadn müəllim sinfə daxil olaraq, sanki salam verməyi belə unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən . yazı-pozu, edib, 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4. əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. 

 

 

 

Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir "taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün "Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. 

 

 

 

 

O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar "etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də durur. Gərək bir gün araya salıb, oxuduğum kitabların dəqiq sayını hesablayım.

 

 

Mark Tvenin bir sözü var: “ Mənim kitablarım – su; dahilərin kitabları – şərab. Suyu hər kəs içir.” Region müəlliminin adi stimullaşdırıcı bir metodu bizi uşaqlıqdan  kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, Müəllim təkcə dərs deyən deyil,  həm də dərs verəndir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları