Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 16:57:00
“Virtual məktəb” layihəsinin müəllimlərin maaşına təsiri var?-Nazirlik rəsmisi açıqladı  

“Virtual məktəb” layihəsinin müəllimlərin maaşına təsiri var?-Nazirlik rəsmisi açıqladı

 

Sosial mediada  “Virtual məktəb” layihəsində iştirak etməyən müəllimlərin maaş almayacağı kimi fikirlər səsləndirilir.

 

Təhsil Nazirliyinin rəsmisi Vüsal Xanlarovun -Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi - AzEdu.az-a açıqlamasında məsələ ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib:

 

 “Layihənin müəllimlərin maaşına heç bir təsiri yoxdur. Əməkhaqqı ölkə rəhbərliynin göstərişinə uyğun olaraq nizamlanır. Layihədə iştirak məcburi deyil. Kimin vaxtı və internet imkanı varsa, qeydiyyatdan keçə bilər. Bu həm şagirdlərə, həm də müəllimlərə şamil olunur”

 

“Sistemə giriş zamanı bütün şəxslərin məktəbdə şagird və müəllim olması aydınlaşdırılır”

 

 

Vüsal Xanlarov qeyd edir ki, layihədə yalnız məktəbdə fəaliyyət göstərən müəllimlər iştirak edə bilər:

 

 

“Virtual məktəb” layihəsinə yalnız ümümtəhsil müəssisələrində  işləyən müəllimlər qoşula bilər. Sistemə giriş zamanı bütün şəxslərin məktəbdə şagird və müəllim olması aydınlaşdırılır. Bundan sonra giriş üçün icazə verilir. Bu tədbir kənar şəxslərin(təhsildən uzaq) sistemə müdaxiləsinin qarşısını alır. Ənənəvi təhsildə olduğu kimi, online təhsildə də bu qaydaya əməl edilməlidir”.

 

O, həmçinin xarici vətəndaşların da layihədən yayarlanmaları üçün texniki imkan yaradıldığını bildirdi:

 

“Xarici vətəndaşların qeydiyyatı isə bir qədər fərqlidir. Onlarda fin olmadığına görə, qeydiyyat ayrıca aparılır. Bunun üçün [email protected] mail ünvanına şəxsiyət vəsiqələri və valideynlərin əlaqə nömrələri göndərilməlidir ki, biz onları sistemdə qeydiyyatdan keçirək”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları