Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 14:32:00
“Virtual məktəb” portalında texniki problem yaşayanlar  bu ünvana müraciət etsinlər- RƏSMİ  

 

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verildi. Sistemdə ilk olaraq şagirdlər qeydiyyatdan keçdilər.

 

Müəllimlərin qeydiyyatına isə yeni başlanılıb. Layihə ilə bağlı maraqlı detalları Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov  AzEdu.az-a açıqladı.

 

Vüsal Xanlarov bildirir ki, artıq texniki problemlər həllini tapıb. Lakin yenə də müəyyən problem yaranarsa,  “Texniki dəstək” xidmətinə müraciət edə bilərlər:

 

“Layihəylə bağlı texniki problemləri də araşdırırıq. Portal fəaliyyətə başladığı gün kütləvi müraciətlə bağlı texniki problem yaşandı. Qeyd edim ki, bu məsələlər çoxdan həllini tapıb. Bəzən istifadəçilər sistemə daxil olub hansısa qrupa düşə bilmirlər. Ancaq bunun da texniki həlli çox sadədir. Belə olan halda bir neçə saatdan sonra yenidən yoxlamaq lazımdır. Bəzi istifadəçilər də qeydiyyat zamanı mail və telefon nömrələrini səhv yazırlar və texniki problem baş verir. Belə olan hallarda Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinin facebook səhifəsində “Texniki dəstək” xidmətinə müraciət edə bilərlər”. Hazırda layihəyə 350000 şagird cəlb olunub və onlara istifadəçi adı ilə şifrə göndərilib. 365 nəfəri isə ümumi qeydiyyatdan keçib”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları