Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 13:42:00
Nizamini Şekspirlə qarışdıran müəllimin videosuna izah – “Görüntü tam yayımlanmayıb və …”

 

Tədrisin təxirə salındığı gündən etibarən müəllimlər təhsilin fasiləsizliyini təmin etmək məqsədilə onlayn dərslər keçməyə başladılar.

 

Bu təşəbbüs sosial şəbəkələrdə fərqli qarşılanıb. Kimisi onlayn dərs keçən müəllimləri alqışlayır, kimisi isə bunun sadəcə reklam olduğunu və s. düşünür.

 

Müxtəlif postlar paylaşmaqla müəllimləri həvəsdən salanlar da az deyil.

 

“Təhsil üçbucağı” verlişinin müəllifi və aparcısı  Orxan Cabbarlı sosial şəbəkələrdə yayılan videonu pisləyib. O, bunun çox ciddi səhv olduğunu vurğulayıb:

 

“Bir müəllimin tələbələrinə məcburiyyət və rəsmi tələb olmadığı halda onlayn nəsə öyrətməyə çalışdığı vaxt Nizami Gəncəvinin yazdığını “-Şekspir deyib....” deməsini bu qədər paylaşmaqla və müəllimi nüfuzdan salmağa çalışmaqla heç nə əldə etmirik! Əksinə, İKT-dən istifadə edərək distant təhsil verməyə cəhd edən minlərlə müəllimi narahat edirik, çəkindiririk, ruhdan salırıq. Bunu yaymaqla çox ciddi səhv edilib!

Müəllimin fikri tamamlanmadan yarıda kəsilib. Nə bilirik müəllim həmin ifadənin ardınca nə deyir?
.... Şekspir deyib +deyirəm ki, siz mənim səhvimi düzəldəsiz.
- Kim məni dinləyir?
-Mən nəyi səhv dedim?
-Yoxsa Nizami deyib?
Videodan da görünür ki, fikir tam yayımlanmayıb. Bu kimi pedoqoji fəndləri müəllim olanlar bilər.
Üz ifadəsindən də görünür ki, müəllim qeyri ciddi bir tərzdə deyir. Sıradan bir ifadəni ciddi bir səhv kimi paylaşıb müəllimlərimizi incitməyək! Hamı hər şeyi bilməyə bilər...”

 

Orxan Cabbarlının sözlərinə görə bu, ənənəvi dərslərdə istifadə edilən metodlardan biri də ola bilər.


“Bu yaxınlarda bir auditoriyada dinləyicilərə sual ünvanladım:
-Dağlıq Qarabağ və ətraf rayonlar deyirik. Dağlıq Qarabağın sahəsini, hansı inzibati ərazi vahidlərindən ibarət olduğunu, sonra isə işğal altında olan digər ətraf rayonları deyin...doğru cavabı bilməyən xeyli sayda gənci görmək məni çox məyus etdi... ciddi sualların səhv cavablarını qınayaq! Sonra deyək:
-Gör coğrafiyanı bizə kimlər öyrədib!”.