Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 13:02:00
“Mayın sonunda da dərslərin başlanması gözlənilmir”- PROQNOZ

 

“Ən çox və sürətli yoluxma halı məhz təhsil ocaqlarıdır. Ona görə də pandemiya vəziyyəti tam bitməmiş, ölkədə yoluxma halları və sağalma 0-a enməmiş dərslərin başlanması qeyri-mümkündür.  Bu da may ayının nəinki əvvəli, heç sonuna da gözlənilmir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri tədrisin təxirə salınmasının vacibliyindən danışan  təhsil eksperti Elçin Əfəndi deyib.

 

O,   indiki vəziyyətdə distant təhsilin əhəmiyyətini də vurğulayıb.

 

“Hazırda  ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var. Təxminən 2 milyona yaxın əhali təhsil iştirakçısıdır.  


Təhsil Nazirliyi həm orta məktəblər, həm orta ixtisas təhsil müəssisələri, həm də ali təhsil müəssisələri üçün artıq distant təhsili yaradıb.  Çalışıb yararlanmaq lazımdır. Onsuz da hamımız bu işin çətinliklərini bilirik.  Qoşulmama problemi, internet,  texnologiya problemi və s. çətinliklər var.  Amma ən azı iyun ayınadək idarə etmək lazımdır”.

 

Qeyd edək ki, distant təhsil könüllülük prinsipi ilə həyata keçirilir.