Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 12:28:00
“Valideynlər xoş niyyətli müəllimləri sındırmamalıdırlar”-RTŞ əməkdaşı

 

“Bir çox müəllimlər şəxsi təşəbbüsü ilə , bütün imkanlarını səfərbər edərək, vatsap, zoom , skayp və sair proqramlarla tədrisi təşkil etməyə çalışırlar və kifayət qədər də uğurlu iş ortaya qoymağa başlayıblar. Bir çoxu bu işi şəxsi telefon, kompüter vasitələri, mobil intenet paketləri ilə reallaşdırırlar. Amma  bir sıra valideynlər bunu səhv anlamağa başlayıb”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Quba RTŞ-nin əməkdaşı Qələmşah Dostuyev deyib. 

 

O, bəzi valideynlərin müəllimlərə onlayn dərslərdə heç bir köməklik göstərməməsini, əksinə əlavə tələblər irəli sürmələrini pisləyib:

 

“Bəzi valideynlər tələblər irəli sürməyə başlayıblar və müəllimləri incidəcək davranışlar sərgiləyirlər. Evdə belə hamı özü üçün sərfəli cədvəl tələb edir: “Səhər tezdir, yatmışam”, “axşam gec oldu, şam yeməyimdir”, “saat 4- dür , serialımın vaxtıdır” və sair.  Bəziləri zəng edir ki, internetimiz yoxdur, bizə başqa vasitə axtarıb tapın.

 

Biz beləyik axı. Lap digər sahələrdə də  belədir. Bir insan  bir- iki dəfə insanlıq nümunəsi göstərib kömək etsən, üçüncü dəfə artıq başqa şeylər tələb edəcək. Şəxsən mənim belə təcrübələrim olub.

 

Başa düşün ki, bu şəxsi təşəbbüsdür. Rəsmi qurumların müəllimlərdən belə bir tələbi yoxdur. Xoş niyyət göstərən, buna çalışan insanları sındırmayın!”

 

“Şəxsən mən, Quba RTŞ- nin əməkdaşı olaraq öz müəllimlərimizə duyarlı əməllərinə və vətəndaş mövqelərinə görə dərin minnətdarlığımı bildirirəm –deyə Qələmşah Dostuyev fikirlərinə əlavə edib.