Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 14:47:55
DTX-nın akademiyasında AXC-nın 100 illiyi qed edilib - FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata görə, konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının bir daha oxunması ilə başlanıb. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə qarşı daşnak hökumətinin cinayətkar fəaliyyəti. 1919-1920-ci illər”, AMEA Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev “Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti və Xalq Cümhuriyyətinin qurucularına erməni terrorçu təşkilatlarının törətdikləri sui -qəsdlər”, DTX-nin Heydər Əliyev adına Akademiyasının məsul əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov “Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanları: tarix və müasirlik” mövzularında məruzələri dinlənilib.

Natiqlər ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində müstəqillik, xarici siyasət, müdafiə, təhlükəsizlik və dövlət quruculuğunun digər həyati əhəmiyyətli sahələrində uğurla həyata keçirdiyi misilsiz işlər, eləcə də gənc respublikaya qarşı mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ilk dəfə ictimaiyyət üçün səsləndirilən faktlar əsasında geniş məruzələr ediblər.

Qeyd olunub ki, müasir Azərbaycanın banisi Heydər Əliyevin dühası, dərin zəkası, qətiyyəti və əvəzsiz xidmətləri nəticəsində respublikamız müstəqilliyinin daimi və dönməzliyinə nail olub, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi dünyada özünün layiqli yerini tutmuş, üçrəngli bayrağı əbədi olaraq yüksəklərə ucalıb.

Tədbirin bədii hissəsi Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş video-kompozisiyanın nümayişi ilə başlanıb. DTX-nin əməkdaşlarının, onların övladlarının ifa və təqdimatlarında Xidmətin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən yüksək səviyyədə hazırlanmış konsert proqramı ilə davam etdirilib.