Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 11:41:00
Müəllimlərin layihə yazarkən yol verdikləri nöqsanlar, yaşadıqları çətinliklər- Çıxış yolu

 

“Müəllimlərin  bir çoxu layihə yazmaqda  əziyyət çəkməkdədir.  Bunun səbəbi onların nə orta məktəbdə, nə də universitetdə layihə əsaslı bir təlimə tabe tutulmamağı və layihə ilə tanış olmamağıdır. Layihə yazmaq üçün  müəllimlərə bu məsələ öyrədilməlidir deyə düşünürəm”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti  Qoşqar Məhərrəmov Təhsil Nazirliyinin IV Qrant müsabiqəsindən danışarkən deyib:

 

O, müəllimlərin layihə yazmaq üçün bəzi kompetensiyalara malik olmağının vacibliyini vurğulayıb.

 

“ Məlumdur ki, dünən  IV Qrant müsabiqəsinə müraciət üçün son tarix idi. Mart və aprel ayları  mənim üçün həm çox faydalı, həm də çox çətin idi. Ödənişli və ictimai əsaslarla 30-a qədər layihənin ərsəyə gəlməsi üçün müəllimlərə kömək etməyə, təlim keçməyə çalışdıq. Gələn il layihə vermək istəyənlər bu gündən layihəsini yazmağa başlamalıdır. İki-üç gün əvvəl belə layihə yazmaq fikrinə düşənlər var idi. Yaxşı layihə yazmaq və normal müraciət üçün   azacıq İKT biliyi,  akademik yazı, analiz, sintez, hekayələşdirmə bacarığı kompetensiyalarına müəllimlərin ehtiyacları var”.

 

O qeyd edib ki, layihə yazmaqda müəllimlərin çoxu çətinlik çəkir. Bunu aradan qaldırmaq üçün müəllimlərə təlimlər keçirilməlidir:

 

“Müəllimlərin arasında layihə yazmağa təşəbbüs edənləri alqışlayıram. Çünkü bunu etməyə belə istəksiz olan onlarla müəllim var. Amma onların da bəlkə özlərinə görə subyektiv haqlı səbəbləri var. Layihə rəhbərinin layihə yazmaq üçün maddi motivasiyasının olmaması buna bir nümunədir.

 

Layihə yazmaqda müəllimlərin arasında birçoxu əziyyət çəkməkdədir.  Müəllimlərə bu məsələ öyrədilməlidir deyə düşünürəm.  Mənim xəyali layihə mövzumun adı belədir: “Müəllimlər layihə yazmağı öyrənir” Məqsəd müəllimlərə layihə yazmağı öyrətmək, problem isə “müəllimlər layihə yazmaqda və onu icra etməkdə çətinlik çəkir” ola bilər. Gözlənilən nəticələr isə məlumdur.

 

Konsultasiya və təlim keçdiyim müəllimlərdən qətiyyən elə bir tələbim yoxdur ki, məni layihələrinə ekspert və ya təlimçi qismində cəlb etsinlər. Müəllimlərin öz istəkləridir. Müəllimlərə yenə də məlumdur ki, konsultasiyada bir ödəniş tələbi yoxdur. Bu belə də oldu. Sonda onu  deyim ki, layihə yazmaq müəllimlərə çox bacarıq qazandırır. Layihə yazanlar bunun şahididir. Bütün layihə yazan pedaqoji işçilərin layihələri uğurlu olsun”.

 

“Əlbəttə, hamısı uğurlu olmayacaq, amma səhvlərindən öyrənə bilən insanlar üçün uğursuzluq bir fürsətdir. Bu o mənaya gəlmir ki, layihəniz mütləq pis yazılıb. Bəlkə də prioritizasiya cəhətdən geriyə atılıb”-deyə təhsil eksperti Qoşqar Məhərrəmov sözlərinə əlavə edib.