Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 12:41:26
“Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir” –ŞOK

Psixoloq, professor Harris Coopers uşaqlar üçün ev tapşırıqları mövzusunda 25 il müddətinə araşdırma aparıb. Gəldiyi nəticəni isə bir cümləylə ifadə edib: Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Araşdırmaya əsasən, ev tapşırıqları yuxarı sinif şagirdlərinə müəyyən qədər faydalı olduğu halda, ibtidai sinif şagirdləri üçün demək olar ki əhəmiyyətsizdir. Həmçinin Arizona Universitetinin professoru Etta Kralovec də deyib ki, ibtidai sinif səviyyəsində ev tapşırıqları uşaqların psixologiyasına ağır zərbə vurur.

AzEdu.az Harris Coopersin araşdırmasından yararlanaraq, ev tapşırıqlarının əvəzinə ibtidai siniflər üçün alternativ yolları təqdim edir:

Müəllimlər və valideynlər 1-2-ci sinif şagirdlərini ev tapşırıqları ilə yormadan, onların maraqlı şəkildə dərs öyrənmələrinə kömək edə bilərlər.

- Uşaqlara əyləncə vəd edib oxumağa həvəsləndirmək lazımdır. Araşdırmalara görə, ibtidai sinif səviyyəsində kitab oxumaq ev tapşırıqlarından daha çox işə yarayır. Valideynlər və müəllimlər uşaqların marağını çəkə biləcək mövzularda ya onların oxumasını xahiş edə bilər, ya da özləri yüksək səslə oxuyaraq onların dinləməsini təmin edə bilərlər. Bu fəaliyyəti hər uşaq üçün ayrı-ayrı təşkil etmək ev tapşırıqlarına nisbətən daha çox səy tələb etsə də, əyləncə üçün oxumanın faydaları dərhal özünü göstərəcək.

- Uşaqlara məsuliyyət hissini qazandırmaq üçün yalnız dərs tapşırıqlarına güvənməyin, səhərlər qalxıb hazırlanmaq, yatağını yığışdırmaq, ev işlərinə kömək etmək, hətta bir ev heyvanına baxmağı tapşıraraq onlara məsuliyyət sahibi olmaq öyrədilməlidir.

- Uşaqlara hər an bir şeylər öyrəndiklərini başa salın. Nə isə öyrənmək üçün mənbə kimi sırf ev tapşırıqlarını görmələri düzgün deyil. Hər an, hər yerdə öyrənmək mümkündür.

- Uşaqları muzeylərə aparın. Şagirdlər, elm və ya sənət sərgisində də çox şey öyrənə bilərlər. Daha əhəmiyyətlisi isə odur ki, bu şəkildə əldə edilən məlumat və təcrübə başqa bir şəkildə əldə edilə bilməz və uzun müddət yaddan çıxmaz.