Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-18 10:19:00
Bu ölkənin məktəblərində tədris aprelin 20-dən bərpa olunacaq  

Belarusda aprelin 20-dən orta məktəblərdə tədris bərpa olunacaq.

AzEdu.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Təhsil naziri İqor Karpenko məlumat verib.

“Məktəblərdə tətilin aprelin 18-dək uzadılması barədə qərar var idi. Aprelin 20-dən isə orta məktəblərdə dərslər başlayacaq”, deyə nazir söyləyib.

Onun sözlərinə görə, uşaqların 40 faizi məktəblərə gəlməyi planlaşdırır: “Valideynlər uşaqlarını dərsə buraxmırsa, bu onların öz hüququdur. Biz heç kimi məcbur etməyəcəyik. Ancaq valideynlər başa düşməlidirlər ki, uşaqların təhsil alması vacibdir”.