Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 14:57:00
Koronovirusa yoluxan, “Breyn Rinq” iştirakçısı olan gənc həkim: “Bunda təəssüflənəsi hal yoxdur”

 

 

Azərbaycan Tibb Universitetinin Cərrahiyyə klinikasının həkimi İsmayıl Əliyev koronaviruslu xəstələrin müalicəsi zamanı özü də virusa yoluxub. İsmayıl Əliyev həmçinin “Breyn Rinq” bilgi yarışmasının tez-tez iştirakçısı olur. Onun sözlərinə görə, bütün həkimlər bunu gözə alaraq işləyir. İsmayıl həkim bu hala heç də təəssüflənmir:

 

“Profilaktik məqsədlə ailə üzvlərim də testdən keçiblər”

 

“Koronavirusa yoluxan xəstələrlə təmasda olduğum üçün test verməliydim. Testin cavabı pozitiv gəldi. Ancaq bunda təəssüflənəsi hal yoxdur. Biz bunu gözə alaraq könüllü işə başlamışdıq. Bilirdik ki, ən böyük risk qrupunda məhz bizlərik. İşlədiyim müddətdə bizi evdən kənarda izolasiya olunmuş yerə aparırdılar və avtobusla işə qaytarırdılar. Buna görə də ailə üzvlərimlə təmasda olmamışam. Həkim olaraq da bunun yanlış olduğunu bilirəm. Lakin profilaktik məqsədlə ailə üzvlərim də testdən keçiblər.

 

Həkimlik peşəsi ilə yanaşı, “Breyn rinq” bilgi yarışmasında tez-tez iştirak edirsiniz. Sizcə nə üçün hələ də insanların bəziləri koronavirus pandemiyasına inanmırlar?

 

“Avropa ölkələrində insanlar adi baş ağrısına görə xəstəxanaya müraciət edib, analiz verirlər. Bizim ölkəmizdə insanlar testlərdən qorxurlar. Orta yaşlılarda ola bilər ki, xəstəlik yüngül keçsin. Amma unutmamalıdırlar ki, onlar daha çox yoluxma qabiliyyətinə malikdirlər. Məndə də xəstəlik göstəricisi zəifdir, ancaq yoluxdurma qabiliyyətim yüksəkdir.

 

Bütün insanlara səslənirəm: “Əgər koronavirus əlamətləri hiss edirsinizsə, mütləq ambulans çağırın və ya özünüz müraciət edib test etdirin”.

 

Nəticə pozitiv olsa da, xəstəxanalarımızın vəziyyəti yüksək keyfiyyətlidir. Qətiyyən evdə özünümüalicəyə getmək lazım deyil, mütləq həkim nəzarətində olmalıyıq.

 

Sağaldıqdan sonra yenə də koronavirus üçün xəstəxanadakı-öncəbhədəki  fəaliyyətinizi davam etdirəcəksiniz?

 

-Bizim komanda aprelin 1-dən 14-ə kimi fəaliyyətdə olmalı idi. Lakin mən koronavirusa yoluxdum. Əgər ehtiyac olarsa, may ayından öz işimə davam edəcəyəm.

 

“Xəstələri göstərin deyən insanlar bilməlidir ki,  Koronavirusa yoluxan insanların kimliyi açıqlanarsa, ətrafdakılar, hətta sağalsa belə onu təcrid edəcəklər. Həmin şəxsin sonrakı həyat fəaliyyəti üçün çox çətinlik yaradacaq və ömrünün ən pis dövrünü yaşayacaq. Bu səbəbdən də virusa yoluxanların kimliyi mediada açıqlanmır”.

Qeyd:Mənbə: İTV(Sabaha saxlamayaq)

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları