Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 13:58:00
I sinif şagirdi tozsoran modeli hazırladı - Bakıda

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 161 nömrəli tam orta məktəbin I sinif şagirdi Məhəmməd Vəlili yeni formada tozsoran modeli hazırlayıb.  

 

 AzEdu.az  xəbər verir ki, şagirdin valideyninin dəstəyi ilə düzəltdiyi qurğu təmizləmə funksiyasını icra edir. 

 

Karton qəfəs üzərində yığılan elektrik cihazı kiçik həcmli təmizləmə işlərində səmərəli ola bilər.

 

Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə də cizgi filmi qəhrəmanı "Wall-E"nin maketini hazırlayıb. O, hazırda vertolyot maketi üzərində çalışır.