Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 11:13:00
Pandemiya  zamanı  nağdsız  ödənişlər  nə üçün vacibdir – professor şərh edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, hökumətin nağdsız ödənişlərin artması üçün atdığı addımlar effektini göstərir.

 

“Koronavirus pandemiyasından öncə də ölkəmizdə nağdsız önədişlərin genişləndirilməsində müsbət tendensiya müşahidə edilirdi”.

 

 AzEdu.az  xəbər verir ki,  bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

 

Professor bildirib ki, hər zaman nağdsız ödənişlərin həm sərfəli, həm də sağlamlıq cəhətdən üstünlüklərinin olması qeyd olunub:

 

“Kağız pullar müxtəlif bakteriyaların daşıyıcısı olmaq üçün əlverişlidir. Bu baxımdan hökumətin nağdsız ödənişlərin artması üçün atdığı addımlar da effektini göstərir. Baxmayaraq ki, insanlarımız müxtəlif qoruyucu əlcəklərdən istifadə edir, ancaq yenə də kartla ödəniş etməyə üstünlük verirlər. Aparılan müşahidələr göstərir ki, əhalinin əlindəki vəsaitlərin kartlara yerləşdirilməsi çox zəruridir. Düşünürəm ki, hazırda bu tendensiya ölkəmizdə yaxşı vəziyyətdədir”.