Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 11:57:00
Şagird və abituriyentlər  imtahanla bağlı onları narahat edən  məlumatları buradan  əldə edə bilərlər- DİM

Dövlət İmtahan Mərkəzi 2020-ci il martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

 

AzEdu.az xəbər verir ki, şagirdlər qiymətləndirmə meyarları və digər məlumatları əldə edə bilərlər.

 

DİM-in məlumatına görə, imtahanda iştirak etmiş şagirdlər ( 39672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

 

Qeyd edək ki,  məlumatı əldə etmək istəyən şagirdlər bu linkdən istifadə edə bilərlər.