Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 13:44:00
Direktor müavini müəllimlərin  MİQ müsabiqəsi ilə bağlı narazılığını cavabladı – “Tamamilə yanlışdır”  

 

İbtidai sinif müəllimləri müəllimlərin işə qəbul müsabiqəsində, eləcə də diaqnostik imtahanlarda sualların yalnız aşağı sinif proqramını deyil, yuxarı sinifləri də əhatə etdiyini deyirlər.

 

Əksəriyyət məhz bu səbəbdən nəticələrin aşağı olduğunu vurğulayır.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva bu fikirlərin tamamilə yanlış olduğunu vurğulayıb:

 

“İbtidai sinif müəllimləri  bölmələrdən asılı olaraq  tədris dili Azərbaycan yaxud  rus dilindən və riyaziyyatdan imtahan verirlər. İmtahanda ibtidai sinif proqramını müəllimdən soruşmaq düzgün deyil. Çünki o, universitetdə oxuyanda yalnız  4-cü sinfə qədər olan materialı yox, daha geniş materialı oxuyub, öyrənib.Amma sözsüz ki, ekspertlər, fənn mütəxəssislərinin müzakirələrindən sonra razılığa gəlinib ki, daha yüksək səviyyəli, çətin misallar, məsələlər yox, sadə məsələlər imtahan suallarına salınsın.

 

Məsələn, riyaziyyat fənnindən nisbət, faizin çıxarılması  mövzuları ibtidai sinifdə tədris olunmur, 5-6-cı siniflərin materialıdır.  Amma imtahan  suallarında var. Yəni onlardan tirqometrik misallar soruşulmur.

 

İbtidai sinif müəllimin sinifdə işləyərkən etdiyi şeyi daha dərindən edə bilməsi üçün lazım olan bacarıqlar tələb olunur.  Yəni müəllimlər bunu çox rahatlıqla edə bilər”.

“Müəllimlərə şaiələrə inanmamağı tövsiyə edirəm. Onlar qiymətləndirmə çərçivəsində səriştələrin siyahısına baxaraq proqramla tanış ola bilər”-deyə direktor müavini N.Mehdiyeva sözlərinə əlavə edib.